YAP Milli Məclisin buraxılması təşəbbüsünü irəli sürdü

İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edildiyini vurğulayıb.

O qeyd edib ki, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatlar uğurla və ardıcıl şəkildə həyata keçirilib:

T. Budaqov əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir:

Yekunda Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ