Azərbaycanda ana ölümlərinin əsas səbəbi açıqlanıb

“Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb”.

Bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ana ölümlərinin statistikasının təhlili göstərir ki, ölümlər daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı qeydə alınır:

“Misal olaraq, 2000-ci il təvəllüdlü ana üçüncü hamiləliyində doğuş zamanı ölür. Deməli, onun ailə quranda 16-17 yaşı olub”.

Nazirlik rəsmisi təəssüf hissi ilə bildirib ki, ixtioz xəstəliyi ilə bağlı narahatedici rəqəmlər var:

“Hətta bunun statistikasını da aparmışıq. Ölkədə 700-ə yaxın ixtioz xəstəsi var. Bununla bağlı dövlət proqramı qəbul olunub. Biz onları dərman və sarğı materialları ilə də təmin edirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ