Millət vəkili: Bakıdan ev alsam, kirayə pulunu dayandıracağam - VİDEO

2021-ci ilin sonlarına qədər daimi Gəncədə yaşayırdım. İndi daha çox Bakıda qalıram. Həftədə, on gündən bir Gəncəyə gedirəm. 

Buta.media xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev İTV-də qonaq olarkən deyib.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü bildirib ki, Bakıda ev sahibi olduqdan sonra kirayə pulu almağı dayandıracaq:

“Hazırda faktiki olaraq adıma ev yoxdur. Bu problem öz həllini tapdıqdan sonra mən də kirayə pulu almağı dayandıracam. Hazırda kirayədə yaşayıram”.

Qeyd edək ki, Bakıda mənzili olmayan deputatlara kirayə pulunun verilməsi məsələsinə 2000-ci ilin əvvəllərindən başlanılıb. 2006-cı ildən etibarən bu məbləğ 220 manat həcmində qəbul edilib. Son 15 il ərzində bu rəqəm dəyişməyərək olduğu kimi qalıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ