Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub.
Buta.media xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Sərəncamlara əsasən, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin ediliblar.
Dövlət başçısının digər sərəncamlarına əsasən, Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad ediliblər.
Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayevdir.