Bakının Yasamal rayonu Əsəd Əhmədov küçəsi 18 ünvanında ananın öz övladını evə qapadaraq onu saatlarla tək qoyması faktı qonşuları hiddətə gətirib. Onlar 16-cı mərtəbədə yaşayan azyaşlının eyvana çıxaraq ağlayıb, fəryad qoparmasını videoya belə çəkiblər.
Faktla bağlı Real TV-nin "Problem" verilişində süjet hazırlanıb. Verilişin əməkdaşları mövzu ilə bağlı Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdikdən sonra məsələ qurumlar tərəfindən araşdırılmağa başlanıb.
Uşağın anası müəyyən edilərək Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət edilib və izahatı alınıb.
Daha ətraflı təqdim etdiyimiz videoda: