Azərbaycanlı jurnalist Sərxan Kamallı dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.
Sərxan Kamallı ötən gün insult keçirmişdi və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi.
Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi.
O, jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlamışdı.