Şəmkirdə 43 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo”nun məlumatına görə, Kür çayının Şəmkir rayon ərazisindən keçən hissəsində, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutan zaman ehtiyatsızlıqdan yıxılıb və balıq tutmaq üçün nəzərdə tutulan metal qarmaq onun ürəyinə batıb.
O, aldığı xəsarətdən dünyasını dəyişib.