Nazir sertifikasiya imtahanlarında uğur qazana bilməyən müəllimlərdən danışıb

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.

O qeyd edib ki, 2022-2023, 2023-2024-cü illərdən bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib.

Nazir vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:

“Bütün müəllimlərin suala yanlış cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır. Hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlər əməkhaqqısına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlər az bir qismi əhatə edir. Müəllimlərin 90 faizinin nəticəsi qənaətbəxşdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ