Qəçrəşdə su borusu partladı - video

Quba rayonunun Qəçrəş kəndi ərazisində su borusu partlayıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdə borudan suyun yüksək təzyiqlə axdığı, ətraf ərazilərə və avtomobil yoluna yayıldığı görünür. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda problemin aradan qaldırılması ilə bağlı iş görülür:

“Qəçrəşi içməli su ilə təmin edən kəmərdə qəza baş verib. Hazırda Regional Sukanal İdarəsinin əməkdaşları ərazidədir və orada iş gedir”. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ