Bakıda türkiyəli iş adamının meyiti tapıldı - foto

Bakıda Türkiyə vətəndaşı 1984-cü il təvəllüdlü Serkan Harun oğlu Sökmenin meyiti tapılıb.

S.Sökmenin meyiti Xətai rayonu Ramiz Quliyev küçəsi 69 ünvanında yaşadığı mənzildə aşkarlanıb.

Meyit üzərində hər hansı xəsarət müəyyən olunmayıb. İlkin ehtimala görə, S.Sökmen ürəktutmasından dünyasını dəyişib.

Vəfat edən şəxsin restoran biznesi ilə məşğul olduğu bildirilir.

Onun atası Harun Sökmen Türkiyənin Kırklareli şəhərində tanınmış iş adamlarından biridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ