Son illər ərzində ölkə başçısı İlham Əliyevin səyləri ilə paytaxt Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və prosses davam etməkdədir. Qürur hissi ilə deyə bilərik ki, bu istiqamətdə görülən işlər sayəsində paytaxtımız MDB-nin digər şəhərlərindən seçilir.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, hazırda Bakı şəhəri çox sürətli inkişaf templəri nümayiş etdirir və dünyanın bir çox gözəl, möhtəşəm şəhərləri ilə eyni sırada durur. Bu gün paytaxtımız elə bir tarixi məqamına çatıb ki, şəhərimizə yolu düşən hər kəsi heyran qoyur. Paytaxtımıza gələn turistlərin sayının günbəgün artması buna əyani sübutdur.
Bu gün paytaxımız Bakı şəhərinin ərazisində 10 meqa parkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır. Ölkə başçısının müvafiq sərəncamı ilə Mərkəzi Nəbatat parkında və həmçinin Mərdəkandakı Dendralogiya parklarında əsaslı təmir-yenidənqurma işləri görülür və ilin sonuna kimi burada işlər başa çatdırılması nəzərdə tutulub.
Bir neçə il əvvəl salımmış “Gənclik”, “Nizami Gəncəvi”, Yasamaldakı Meşə-park, Mərkəzi və Qış parkları, “Çəmbərəkənd” parklarında sakinlərimiz və şəhərimizə gələn çoxsaylı qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb.
Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salınır. Hazırda Xətai rayonunda yerləşən “Sevgi” parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilir.
Bu gün Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülür, Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində, keçmiş antenna sahəsinin ərazisində yeni meqapark salınır, Nərimanov parkının əsaslı təmir-yenidən qurulması aparılır. Eyni zamanda Xaqani bağında təmir-yenidənqurma işlərinə başlanılıb. 28 May, Mehdi Mehdizadə, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində 12 ha sahədə yeni park salınır.
Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işlərinin aparılması üçün layihə smeta sənədləri hazırlanıb və işlərə başlanacaq.
Qeyd edilənlərlə yanaşı paytaxtın daha da yaşıllaşdırılması və gözəlləşdirilməsi istiqamətində işlər davam etdirilir. Şəhərin əsas küçə və prospektləri boyunca, mövcud park və istirahət bağlarında yeni ağaclar, həmişəyaşıl kollar və rəngbərəng güllər əkilir, güllərdən müxtəlif kompozisiyalar düzəldilir. Yol kənarlarındakı işıq dirəklərinə və eyvanlara gül əkilən kaşpolar qoyulur. Bütün görülən işlər paytaxtımızın daha da gözəlləşdirilməsinə bir töhfədir və vətəndaşlarımız parklarda yaradılan şəraitdən xüsusi zövq alırlar.