Heykəltəraş Rəşid Məhərrəmovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının ondan 2000 tələb etməsi ilə bağlı şikayəti barədə araşdırma başa çatıb.
Buta.media xəbər verir ki, Oxu.Az-ın Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən əldə etdiyi məlumata görə, xidməti yoxlamanın nəticəsində yol-patrul xidməti əməkdaşları barəsində intizam tənbehi tədbirləri görülüb.
Qeyd edək ki, Heykəltəraş Rəşid Məhərrəmov sosial şəbəkə hesabında paylaşım edərək bildirmişdi ki, tanışım olan bir xanımla özlərinə məxsus maşında Xırdalandan qayıdan zaman xanım ona zəng vuraraq halının birdən pisləşdiyini bildirib.
Həmin vaxt “Ekologiya” postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra, avtovağzala çatmamış xanımla birgə avtomobillərini saxlayan zaman polis onlara yaxınlaşaraq 2000 manat tələb edib.