Azərbaycanlılar atəş açaraq Kremlə yürüş etdilər. Onlarla saxlanılan var - video

Moskva vilayətində azərbaycanlıların dəbdəbəli toyu ətrafında az qala federal miqyasda qalmaqal yaranıb. Moskva yaxınlığındakı Balaşixa rayonunda iki günlük ziyafət və şənlikdən sonra toy iştirakçıları onlarla avtomobillərlə şəhərin mərkəzinə, Kremlə doğru yürüş keçiriblər.

Rusiya mətbuatı yazır ki, səs-küylü Azərbaycan toyunun qonaqları Moskva-Nijni Novqorod magistralında Kremldən bir qədər aralıda saxlanılıb. Bildirilir ki, onlar şənlik kortejindən havaya atəş açaraq Reutovskaya küçəsində yerləşən “İzmailovski meşəsi” yaşayış kompleksinin sakinlərini qorxuya salıblar.

Azərbaycanlılar toyu iki gün qeyd ediblər. Şənlik zamanı hava atəş açılıb, qonaqlar yeyib-içib, rəqs ediblər, daha sonra avtomobillə gəzintiyə çıxıblar. Təxminən 15 avtomobildən ibarət karvanın qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb.

Toy korteji Moskva yaxınlığındakı Balaşixadan Kremlə gedib, burada iştirakçıları əvvəllər yaşayış binasının həyətində havaya atəş açıblar. Yerli sakinlər hadisə barədə polisə məlumat veriblər və onlar Kremldən bir qədər aralıda mərasim iştirakçılarını saxlayıblar.

Ötən gecə internetdə Balaşixadakı yaşayış kompleksinin həyətində rəqs edən insanların və havaya atəş açılmasının videosu yayılıb.

Kadrlardan görünür ki, onlarla maşından ibarət karvan ərazidən keçərkən atəş səsləri eşidilib, avtomobillər Azərbaycan bayraqları ilə bəzədilib. Dar yollarda nəqliyyat vasitələrinin keçidi çətin idi. Məlum olub ki, şənlikdən sonra yeni evlənənlərin olduğu avtomobil Moskvaya doğru yola düşüb. Yol boyu qonaqlar havaya atəş açıblar.

Moskva vilayəti üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin iyunun 11-də verdiyi məlumata görə, ilkin araşdırmalar göstərib ki, kortejdəki avtomobillərdən birindən havaya bir neçə atəş açılıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

MSK1 portalının məlumatına görə, səs-küylü toy mərasiminin iyirmidən çox iştirakçısı saxlanılıb.

Kremlin yanında İnsan Hüquqları Şurasının üzvü, Korrupsiyaya Qarşı Mübarizə Milli Komitəsinin sədri Kirill Kabanov Telegram kanalında yazıb ki, toy korteji iştirakçıları yol patrul xidmətinin “peşəkar və operativ hərəkətləri” sayəsində saxlanılıblar. 

“15-dən çox avtomobildən ibarət kortej Kremlin yaxınlığında saxlanılıb. Hazırda ciddi araşdırma aparılır, o cümlədən səs-küylü karvanın bütün marşrutu yoxlanılır”.

Azərbaycanlıların toy kortejinin Kremlə doğru hərəkəti və yol boyu qonaqların havaya atəş açması sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəzi istifadəçilər bu hadisəni Vaqner ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin Moskvaya etdiyi “ədalət yürüşü” ilə ironik şəkildə müqayisə ediblər.

Digərləri isə qeyd ediblər ki, Ukraynada davam edən müharibəni və Rusiyanın müxtəlif bölgələrində gündəlik pilotsuz təyyarələrin zərbələrini nəzərə alsaq, silahlı şəxslərin kortejdə Kremlə doğru hərəkəti daha ciddi nəticələrə səbəb ola bilər. Onları terrorçularla səhv salıb xəbərdarlıq etmədən atəş aça bilərdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ