“Bu evlilikləri qadağan etmək problemlər yarada bilər”

“Bu əgər əmi uşaqlarının, bibi uşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır. Bu cür evlilikləri qadağan etmək, bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər”. 

Bu fikirləri deputat Rəşad Mahmudov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib.

“Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl olmaqla, qadağa qoymaqla əksinə ona qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”, - deyə deputat qeyd edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ