"Azərbaycanda erkən evliliyə müharibə": 4 min cərimə, yaxud 4 ilədək həbs...

Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etməyə görə cəza müəyyən edilir.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllənin 176-1-ci maddəsinin (Qadını nikaha daxil olmağa məcbur etmə) adı dəyişdirilərək “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” edilir.

Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Bu Məcəllənin 176-1 və 176-2-ci maddələrində “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ