Vətən müharibəsi qazisini döyənlər saxlanıldı

Qusarda Vətən müharibəsi qazisi Ruslan Kübərovu döyən şəxslər saxlanılıb. Bu barədə Qafqazinfo məlumat yayıb.

Hadisə Qusar şəhərində kafelərdən birində baş verib. 

Şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı Mucuq kənd sakini 1991-ci il təvəllüdlü 2-ci Qarabağ müharibəsi qazisi Ruslan Kübərovu döyərək xəsarətlər yetiriblər. Hər iki şəxs artıq saxlanılıb.

Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra “Cəbrayıl”ın, “Füzuli”nın, “Kəlbəcər”in, “Şuşa”ın azad edilməsinə görə medalları, həmçinin “Hərbi Xidmətdə Şücaətə” görə medalı  ilə təltif edilib.

Qazi xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı kafedə baş vermiş mübahisənin Qusar Rayon Mərkəzi Xəstəxanasında da davam etdirildiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ