Azərbaycan və Türkiyə prezidentləri Ankarada hava limanında görüşüblər

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Esenboğa Hava Limanında görüşüblər.

14:51

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ