Qobustanda Turqut adlı azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.