Azərbaycanda iyunun 10-na olan hava proqnozu açıqlandı

İyunun 10-da  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-55% olacaq.

İyunun 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ