Abşeron rayonunun Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60kv.m. olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12kv.m. sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastik qapısı, dəhlizin üzlüyü və tavanı 5kv.m. sahədə deformasiya edib.
Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i azyaşlı olmaqla 62 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.