İlham Əliyev Misirə rəsmi səfər edib - foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri iyunun 8-də başa çatıb.

17:15

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.

16:05

İyunun 8-də Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

14:15

İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

13:21

İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub.

12:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüş keçirilib.

12:26

İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşü olub.

12:00

İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılıb.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

07.06.2024 19:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfərə gəlib.

Qahirə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ