Şəkidə kişi kombaynın altında qalıb öldü

Şəki rayonunda kombayn sürücüsü bədbəxt hadisə nəticəsində ölüb.

Rayonun Sarıca kəndində 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynın ön hissəsini düzəldərkən texnika hərəkət etməyə başlayıb.

Nəticədə Qayabaşı kənd sakini olan 61 yaşlı kişi kombaynın altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ