Agentlik sədri qudalarına yüksək vəzifə verdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib. Bu barədə Qafqazinfo məlumat yayıb.

O, qudası Əsəd Əli oğlu Şirinovu müşavir vəzifəsinə gətirib.

11:25

Fuad Quliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə aparat rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə Manset.az saytı məlumat yayıb.

Sayt qeyd edir ki, müvafiq sərəncamı agentliyin sədri Zaur Mikayılov imzalayıb.

Yeni təyin edilən aparat rəhbəri agentliyin sədri Zaur Mikayılovun qudasıdır.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ