Daşkəsəndə üzərinə benzin tökərək yandıran qazi Ədalət İsmayılov vəfat edib. Bu barədə Unikal.org saytı məlumat yayıb.
Sayt bildirir ki, 28 yaşlı qazi gecə Bakıda müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Ədalət İsmayılov ötən gün Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb.
Onun barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Ədalət İsmayılovun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.
Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, onun qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.