Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdığını bildirib:
“Danışıqlar prosesinin gedişi, sülh prosesi ətrafındakı danışıqlar, Alma-Ata danışıqları barədə məlumat verdim. Ondan öncə Azərbaycan Ermənistana növbəti saziş layihəsi ilə bağlı redaksiyanı təqdim etmişdi. Onun üzərində Alma-Atada danışıqlar həyata keçirilmişdi. Bir neçə gün bundan öncə Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq. Onu qeyd edə bilərəm ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir”.
XİN başçısı vurğulayıb ki, Azərbaycan sülh prosesinə sadiqdir:
“Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.