Tağı Əhmədov əlil arabasında: İlyarımdır yeriyə bilmirəm

Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.

Buta.media Yenisabah.az xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanının məhdudlaşdığı bildirilir.

Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.

Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşayiət edib. T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir. Qeyd edək ki, sözügedən klinika T.Əhmədovun özünə məxsusdur.

Səhhəti ilə bağlı Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov bildirib ki, ayaqları bir ildən artıqdır tutulub.

“İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: 

“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ