Qurban bayramının namaz vaxtı açıqlandı

Azərbaycanda 2024-cü ildə Qurban bayramı 16-17 iyun tarixlərində qeyd ediləcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin məlumatında bildirilir. 

Hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq:

“Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ