Vəkillər Kollegiyasının üzvü Mübariz Məmmədov iyunun 5-nə keçən gecə vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər.
M.Məmmədov bir müddət əvvəl insult keçirdiyi bildirilir. Həmçinin qeyd edilir ki, vəkil 2021-ci ildə koronavirusa yoluxub sağalsa da, həmin zamandan səhhətində müəyyən problemlər yaranmağa başlayıb.
Mübariz Hümbət oğlu Məmmədov Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili idi.