Naxçıvana yeni nazir təyin olundu - 32 yaşı var

Naxçıvan Muxtar Respublikasında ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikasıv Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, 1992-ci il təvəllüdlü Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, X.Mustafayev 20 may 2023-cü ildən bu təyinatadək Naxçıvan MR-in ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ