Bakıda özünü binadan atan şəxs komendantın üstünə düşdü, hər ikisi öldü

Bakının Nizami rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, “Siyaqut” şadlıq sarayının yaxınlığında 2001-ci il təvəllüdlü Orucov Yaftum Yaşar oğlu özünü hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerə atıb.

Bu zaman o, həyətdə olan 1972-ci il təvəllüdlü Məmiyev Namiq Abı oğlunun üzərinə düşüb.

Onların hər ikisi hadisə yerində ölüb.

Məmiyev Namiq Abı oğlunun komendant olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ