Bakıda zavodda faciəli şəkildə ölən beş işçinin görüntüləri yayıldı - foto

Ötən gün ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində ölən beş işçinin fotoları yayılıb.

Vəfat edən həmkarlarının görüntülərini iş yoldaşları sosial şəbəkələrdə paylaşıblar.

Qeyd edək ki, hadisə dünən saat 17:00 radələrində baş verib. ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Belə ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

Dünyasını dəyişmiş zavod əməkdaşlarının fotosunu təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ