Masazırda fərdi ev yanır - video

Masazırda fərdi yaşayış evində yanğın başlayıb.

Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında məlumat verib. O, paylaşıma yanğının görüntülərini də əlavə edib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir:

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ