Azərbaycanda avtomobil çaya aşdı - ölənlər var

Tovuz rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Buta.media-nın məlumatına görə, qəza rayonun Hunanlar kəndində ərazisində qeydə alınıb. 

60 BH 272 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil körpüdən keçərkən Kür çayına aşıb.

Nəticədə sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov suda boğularaq ölüblər. Onların cəsədlərinin tapılması istiqamətində iş aparılır.

Avtomobildə olan 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub. Qəzaya düşən şəxslərin Abulbəyli kənd sakini olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ