Sarayda dəhşətli qəza: İki nəfər öldü - video

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, "Ural" markalı yük maşını ilə "Daewoo" markalı minik avtomobili toqquşub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50-də Saray qəbiristanlığının qarşısında qeydə alınıb.

"Daewoo Gentra" markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "Ural" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ