“Bakıda 139 ambulans fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir”.
Bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.
Millət vəkili vurğulayıb ki, Bakıda qeyri-rəsmi olaraq, yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə getərimək çətin deyil:
“Əhalisi 1,2 milyon nəfər olan Tbilisidə isə təcili yardım maşınlarının sayı 200-yə yaxındır”.