Naxçıvan Muxtar Respublikasına səhiyyə naziri təyin edilib.
Bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb.
Qərara əsasən, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiqlənib.
Anar İbrahimovun daha bir qərarı ilə Elxan Nəcəfov NMR-in təhsil naziri təyin edilib.
Qeyd edək ki, E.Nəcəfov buna qədər təhsil nazirinin səlahiyyətlərini icra edirdi.