Prezident xalq artistinə mənzil hədiyyə etdi

Prezident İlham Əliyev xalq artisti Əjdər Həmidova mənzil hədiyyə edib. 

 
Buta.media-nın məlumatına görə, bu barədə "Ölkə.Az"-a aktyor özü məlumat verib:


 “Cənab Prezident şəxsən mənə Bakı şəhərinin 9-cu mikrorayon ərazisində 3 otaqlı mənzil hədiyyə edib. Buna görə də cənab Prezidentə sənət adamları və öz adımdan təşəkkürümü bildirirəm. Ölkə başçısı İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın bayramını təbrik edirəm”, - deyə xalq artisti bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ