Bakı və Abşeronda havada tozun miqdarı normadan iki dəfə çoxdur

Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan iki dəfə çoxdur.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. 1 iyun tarixində cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir”, - o qeyd edib.

Xidmət rəsmisinin sözlərinə görə, artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ