Azərbaycanda uşaqların sayı sürətlə azalır

Azərbaycanda uşaqların sayı azalıb.

Bu barədə məlumat Bakı Tədqiqat İnstitutunun 2005-2022-ci illəri əhatə edən hesabatında yer alıb.

Belə ki, 2005-ci ildə əhalinin 31,8%-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb.

Azalma özünü daha çox qız uşaqlarında göstərir. Bu müddətdə oğlan uşaqlarının sayı 2,1% artdığı halda qızların sayı 6% azalıb. Bununla da oğlan və qız uşaqları arasındakı gender fərqi 2,5%-dən 3,7%-ə yüksəlib.

2005-2022-ci illərdə 0-17 yaşlı uşaqlarının sayının azalması nəticəsində uşaq kitabxanalarının, teatrlarının, dərnək və kollektivlərin, uşaq sanatoriyalarının sayı da azalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ