Keçmiş həyat yoldaşı Anar Məhərrəmovu yenidən məhkəməyə verdi

Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov keçmiş həyat yoldaşı Mehriban Eyyubova tərəfindən yenidən məhkəməyə verilib.

Gununsesi.info xəbər verir ki, Mehriban Eyyubova məhkəməyə iddia ərizəsində keçmiş həyat yoldaşı Anar Məhərrəmovdan tutulan aliment məbləğinin artırılmasını, həmçinin birgə nikah dövründə əldə olunan əmlakların ədalətli bölünməsini tələb edir.

Qeyd edək ki, Mehriban Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.

Onun keçmiş əri Anar Məhərrəmov isə BDU-nin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun oğludur.

2021-ci ildə boşanan cütlük arasında əmlak davası hələ də davam edir.

Qeyd edək ki, bir müddət əvvəl tərəflər arasında mülkiyyət bölgüsünə görə də məhkəmə çəkişməsi olmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ