Abşeronda yaşayış binasında yanğın olub - video

Abşeron rayonu, Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın yeddinci mərtəbədə yerləşən mənzildə qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, yanğının qarşısı alınıb.

İlkin məlumata görə, yanğın baş verən zaman mənzildə heç kəs olmayıb. Yanğının səbəbi hələ ki məlum deyil.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ