Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlandı

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda deyib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır.

M.Pənahov qeyd edib ki, ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimovdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ