Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - təqvim

Azərbaycanda Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl beş gün iş olmayacaq.

Belə ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür, iyunun 16 və 17-si Qurban bayramı günləridir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ