İtkin düşmüş 18 yaşlı qız tapıldı - Ailə qurmaq məqsədilə evdən gedibmiş

Cəlilabad rayonunda səkkiz gün əvvəl itkin düşmüş 18 yaşlı Nahidə Xəyal Qızı Zeynalovanın tapılıb.

Belə ki, mayın 17-də rayonun Alar kənd sakini, 2006-cı il təvəllüdlü  N.Zeynalovanın yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub. 

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ