Cəlilabad rayonunda səkkiz gün əvvəl itkin düşmüş 18 yaşlı Nahidə Xəyal Qızı Zeynalovanın tapılıb.
Belə ki, mayın 17-də rayonun Alar kənd sakini, 2006-cı il təvəllüdlü N.Zeynalovanın yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini deyib.