Bakıda “qoçu” sürücü xanımın yolunu kəsib küt alətlə ona hücum etdi - video

Bakıda taksi sürücü qadın sürücüyə qorxulu anlar yaşadıb. Həmin anlar xanım sürücünün nəqliyyat vasitəsində olan videoqeydiyyatçı tərəfindən lentə alınıb.

Bu barədə videogörüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. Videogörüntülərdən aydın olur ki, hadisə mayın 23-də saat 11:36-da Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, üzərində taksi nişanı olan nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi "Opel" markalı 99-UP-654 dövlət nömrə nişanlı avtomobili ilə xanım sürücünün qarşısını kəsib. Daha sonra əlində dəyənəklə nəqliyyat vasitəsindən düşərək xanım sürücünün avtomobilinə doğru hücum çəkib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Məlum hadisənin daha ətraflı təfərrüatını öyrənmək məqsədilə videogörüntü ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ