Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?: "Gəldim ki, yerdə uzanıblar"

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənməsinin təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, zəhərlənən, 1983-cü il təvəllüdlü Sevgül İsgəndərova və uşaqları Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Ananın və uşaqların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.

Uşaqların anası və nənəsi səsləndirilən iddiaların tamamilə yalan olduğunu bildiriblər.

"Gəldim ki, yerdə uzanıblar. Dərhal təcili tibbi yardıma zəng vurduq. Uşaqların üçü də autizmlidir", - deyə uşaqların nənəsi qeyd edib.

Qonşular da ananın öz övladlarını zəhərləməsi xəbərini təkzib ediblər.

Qeyd edək ki, ana və üç uşağın dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ