Bakıda qadının avtobusdan yıxılaraq öldüyü hadisənin təfərrüatı məlum olub

Bakıda qadının avtobusdan yıxılaraq öldüyü hadisənin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bədbəxt hadisə metronun “Koroğlu” stansiyası - Kürdəxanı istiqamətində fəaliyyət göstərən 173 saylı müntəzəm marşrut xəttində baş verib.

“Çinar Trans” MMC-nin istismarında olan xətt üzrə hərəkət edən və Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı avtobus Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin qarşısındakı dayanacağa yaxınlaşdıqdan sonra dayanıb.

Sərnişin Tamella Nadir qızı Cəfərova avtobusa minmək istəyərkən sürücü nəqliyyat vasitəsini hərəkətə gətirib. 64 yaşlı qadın avtobusa tam daxil ola bilməyib. Nəticədə o, avtobusun ön giriş qapısından yıxılaraq təkərin altına düşüb və ağır xəsarətlər alıb.

T.Cəfərova hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ