Azərbaycanda bəzi uşaq dərmanlarının qıtlığı yaşanır - VİDEO

Uşaq və böyüklər arasında qrip və digər mövsümi xəstəliklərin yayıldığı bir vaxtda apteklərdə termometr və bəzi uşaq dərmanlarının qıtlığı yaşanır. Əczaçılar deyir ki, bunun səbəbini özləri də bilmirlər. Məsələyə Səhiyyə Nazirliyi münasibət bildirib.

Apteklərdə termometr və bəzi uşaq dərmanlarının qıtlığı yaşanır.

Əczaçıların sözlərinə görə artıq 1 aya yaxın bir müddətdir ki, termometrlər ümumiyyətlə apteklərə gəlmir.

Əczaçılar deyir ki, əvvəllər aptekə günlük 1-2 termometr göndərilirdi. Qıtlıq həmçinin termometrlərin qiymətindən də yan keçməyib.

Termometrlərlə bərabər həmçinin uşaqlar üçün olan bir sıra dərmanları da aptek vitrinlərində görmək olmur. Əczaçılar bildirir ki, viruslara qarşı yüksək təsiredici qüvvəyə malik 10-a yaxın antiqrip və antibiotiklər apteklərə gəlmir.

Bu dərmanların bir neçəsinin əvəzedicisi olsa da amma qiymətlərinin 2-3 dəfə baha olması vətəndaşların haqlı narazılığına səbəb olur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildiridilər ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir. Eyni sualı ünvanladığımız bir neçə depodan isə "XəzərXəbər"ə elə eyni cavabı verdilər: Hələlik bazamızda termometr və bəzi dərmanlar yoxdur, olduğu təqdirdə apteklərə paylanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ