Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.
Noyabrın 3-ü gündüzdən 5-dək Azərbaycan rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.